Views
1 year ago

Catalogus Azerbaijan 2019

  • Text
  • Tipli
  • Products
  • Yeni
  • Resistance
  • Istixanalarda
  • Polietilen
  • Orta
  • Buyer
  • Zaden
  • Enza

Pomidor Polietilen

Pomidor Polietilen örtüklü istixanalarda becərilən irimeyəli indeterminant pomidorlar Rally F1 Azərbaycanda indeterminant pomidorlar arasında satış üzrə lideridir. Çox tezyetişən, yüksək məhsuldar hibriddir. Tezyetişgənliyinə görə Enza Zadenin indeterminant hibridləri arasında liderdir və poludeterminant hibridlərdən geri qalmır. Qısa buğumaraları olan güclü yarımaçıq tipli bitkidir və sıxlaşdırılmış əkinə icazə verilir. Meyvələri yastı-yumru formadadır, çəkisi 250-300 qr (birinci salxımdakı meyvələr adətən daha böyük olur), əmtəəlik görünüşünü uzun müddət saxlayır və uzun məsafələrə daşınmaq üçün yararlıdır. Şüşə və polietilen örtüklü istixanalarda qısa dövriyyədə çox faraş və yüksək keyfiyyətli məhsul almaq üçün tövsiyyə edilir. Agilis F1 Tezyetişən, iri meyvəliliyi yeni hibriddir. Meyvəsinin çəkisi 240-300 qramdır. Qısa dövriyyədə, birinci və ikinci dövriyyələrdə becərilməyə uyğundur. Yığcam buğumaraları sayəsində bitkiyə qulluq etmək olduqca rahatdır, hündür və alçaq polietilen örtüklü istixanalarda əla nəticələr göstərir. Meyvələri eyni ölçülüdür, çatlamır. Belle F1 Geniş yayılmış tezyetişən hibriddir. Sabit meyvə formalaşdırması və əlverişsiz şəraitə yüksək davamlılığı ilə fərqlənir. Qüvvəli gövdəyə və qısa buğum aralarına malikdir. Meyvələri eyni formada, bərk, dolğun qırmızı rəngdə, 180-220 qr çəkidə olub yaxşı əmtəəlik görünüşünə və daşınmağa davamlıdır. Şüşə və polietilen örtüklü istixanalarda becərilməsi tövsiyyə edilir. Rally F1 Berberana F1 Tezyetişən, irimeyvəli, çox məhsuldar və kompleks xəstəliklərə qarşı davamlı hibriddir. Qısa buğumlu, yığcam, güclü bitkidir. Yüksək plastiklik xüsusiyyəti və müxtəlif şəraitlərə uyğunlaşma qabiliyyəti ilə fərqlənir. Güclü yarpaqlara və kök sisteminə malikdir. Böyük, eyni ölçülü meyvələri parlaq-qırmızı 250- 280 qr olub gözəl əmtəəlik görünüşə malikdir, çox yaxşı saxlanır və daşınır. Qısa dövriyyədə becərilməsi tövsiyyə edilir. Agilis F1 6 | Enza Zaden Enza Zaden | 7

Enza Zaden Brochures