Views
1 year ago

Catalogus Azerbaijan 2019

  • Text
  • Tipli
  • Products
  • Yeni
  • Resistance
  • Istixanalarda
  • Polietilen
  • Orta
  • Buyer
  • Zaden
  • Enza

Bibər magno F1

Bibər magno F1 Müxtəlif rəngli kubşəkilli bibərlər Magno F1 Narıncı meyvələri olan yüksək məhsuldar tezyetişən hibriddir. Narıncı bibərlərin keyfiyyət standartıdır. Stress şəraitinə gözəl uyğunlaşan, açıq tipli, güclü bitkidir. Həm polietilen örtüklü istixanalarda həm də açıq sahədə uzun müddətli meyvə verməsi ilə fərqlənir. Meyvələri ağır, bərk, 9-10 sm diametrdə, divarlarının qalınlığı 5-6 mm. Meyvələrinin əla əmtəəlik görünüşü, dad və ətir keyfiyyəti var. Uc çürüməsinə qarşı davamlıdır. İstənilən növ istixanada və açıq sahədə becərilmək üçündür. Tequila F1 Yasəmən rəngli meyvələri olan, kubşəkilli, tezyetişən hibriddir. İnkişaf etmiş kök sistemi olan güclü bitkidir. Meyvəsinin ölçüsü 9 х 12 sm. Meyvələri parlaq, bərk, asan daşınıla biləndir və əmtəəlik görünüşünü uzun müddət saxlayır. Uc çürüməsinə qarşı davamlıdır. İstixanada və açıq sahədə becərilmək üçündür. Mavras F1 Cəlbedici tünd bənövşəyi rəngli meyvələri olan orta tezyetişən hibriddir. Yaxşı meyvə formalaşdıran açıq tipli güclü bitkidir. Meyvələri əla keyfiyyətli, diametri 8-8,5 sm , bioloji yetişkənlik dövründə qırmızı rəngə boyanır. İstixanada və açıq sahədə becərilmək üçündür. Acı bibərlər (hete peper) Lobna F1 Güclü bitkidir, güclü kök və çiçəklər əmələ gətirir, Tm2 və TSWV viruslarına davamlıdır. Soyuqda yaxşı formalaşır,erkən yetişir, yüksək məhsuldarlığa malikdir, tunel tipli becərməyə və açıq sahədə becərilməyə uyğundur. Meyvələrinin orta çəkisi 35-45 gramdır. Uzunluğu isə 17-20 sm arasında olur. Parlaq tünd yaşıl rəngdədir. Bərkdir. Shakira F1 Yüksək məhsuldarlıq potensialı olan tezyetişən hibriddir. Açıq tipli güclü bitkidir. Cazibədar,parlaq, 3-4 х 16-18 sm ölçüdə eyni, texniki yetişkənlikdə tünd yaşıl, bioloji yetişkənlikdə isə tünd qırmızı meyvələri acıdır. Polietilen örtüklü istixanalarda və açıq sahədə becərilmək üçün ideal uyğundur. Hyffae F1 Qüvvəli, inkişaf etmiş kök sitemi və yaxşı yarpaq örtüyü olan bitkidir. Uzunsov, tünd yaşıl, 2 х 20 sm ölçüdə düzənli meyvələri olur. Bioloji yetişkənlik dövründə meyvələri dolğun qırmızı olur. İsti iqlimdə əla istehsal nəticələri var. İstənilən növ torpaq istixanalarda və açıq sahədə becərilmək üçündür. Brownie F1 Qeyri adi qəhvəyi rəngli iri meyvələri olan kubşəkilli, orta tezyetişən hibriddir. Uzadılmış buğumaraları olan güclü bitkidir. Meyvələrinin diametri 85 mm, bərkdir, şirin dadı var. Şüşə və polietilen örtüklü istixanalarda və açıq sahədə becərilmək üçün tövsiyyə edilir. Hibrid Davamlılığı Shape Yetişkənliyi Bitkinin habitusu HR IR Meyvənin diametri, sm İstehsal növü Shakira F1 Qeyd Mavras F1 Müxtəlif rəngli kubşəkilli bibərlər Magno F1 Tm:0-3 tezyetişən güclü 9-10 Tequila F1 Tm:0 tezyetişən güclü 8-8,5 Mavras F1 Tm:0-2 orta tezyetişən güclü 9 Brownie F1 tezyetişən güclü 8,5-9 Acı bibərlər Çox yaxşı əmtəəlik görünüşü və dad keyfiyyəti var Parlaq, bərk, asan daşınılan meyvələri var. Cəlbedici tünd bənövşəyi meyvələri olur. Şokolad rəngli iri cəlbedici meyvələri var. Lobna F1 Tm:0-2/TSWV tezyetişən qüvvəli 2-2,5 х 17-20 Parlaq,tünd yaşıl, bərk, asan daşınılan meyvələri var. Shakira F1 Tm:0-2 tezyetişən güclü 3-4 х 16-18 Yüksək məhsuldar acı bibərdir. Brownie F1 Hyffae F1 Tm:0-2 tezyetişən qüvvəli 2-2,5 х 18-20 İsti şəraitdə becərilmək üçün məhsuldar hibriddir. HR: High Resistance – yüksək dərəcə davamlılığı | IR: Intermediate Resistance – orta dərəcə davamlılığı | Davamlılıq kodunun açıqlamasına 46 səhifədə baxın. Davamlılıq haqqında məlumat www.enzazaden.com. saytında verilib | isidilən şüşə istixana | isidilməyən polietilen örtüklü istixana| açıq sahə. 30 | Enza Zaden Enza Zaden | 31

Enza Zaden Brochures