Views
5 months ago

Catalogus Azerbaijan 2019

  • Text
  • Tipli
  • Products
  • Yeni
  • Resistance
  • Istixanalarda
  • Polietilen
  • Orta
  • Buyer
  • Zaden
  • Enza

Bibər Açıq yaşıl

Bibər Açıq yaşıl konusvari bibərlər Lotta F1 Yüksək intensivliklə meyvə formalaşdıran çox tezyetişən yeni hibriddir. Əla faraş və ümumi məhsul verir. Açıq tipli güclü generativ bitkidir. Bərk, qalın divarlı meyvələri açıq yaşıl rəngli və bioloji yetişkənlik dövründə qırmızı olur. Meyvəsinin ölçüsü 7 х 13-14 sm, divarının qalınlığı 4-5 mm. İstixanalarda və açıq sahədə becərilmək üçün tövsiyyə edilir. Qara bakteriya ləkəliliyinin 1-3 rasalarına qarşı davamlıdır. Anetta F1 Əla keyfiyyətli meyvələri olan və stabil meyvə verən yüksək məhsuldar yeni hibriddir. Güclü kök sistemi olan yığcam, güclü bitkidir. İnkişaf etmiş yarpaq aparatı meyvələri günəş yanığından etibarlı qoruyur. Müxtəlif iqlim şəraitinə asan uyğunlaşır. Meyvələri ştil əkildikdən sonra 65-ci gün yetişir. Hibridin əsas üstünlüyü qalın divarlı, bərk, 8-9 х 10-11 sm ölçüdə düzənli meyvələrinin olmasıdır. Texniki yetişgənlik dövründə meyvələrinin rəngi açıq yaşıl, bioloji yetişgənlikdə isə qırmızı olur. İstənilən növ polietilen örtüklü istixanalarda və açıq sahədə becərilmək üçündür. Tütün mozaikasına (ras 0), qara bakteriya ləkəliliyinə (1-3 ras), рас 1-3 və pomidorun bronzlaşma virusuna (0 ras) qarşı davamlıdır. Amaretta F1 Konusvari meyvə formasına malikdir, 7x14 sm, meyvənin çəkisi 160-200 qramdır. Meyvənin rəngi texniki yetişgənlik dövründə açıq yaşıl , bioloji yetişgənlik dövründə isə qırmızı olur. Erkən tez yetişən meyvəsi və satışa yararlı yüksək miqdarda məhsul verən hibriddir. Mükəmməl dayanıqlılığa malik güclü bitkidir. Meyvəsi bərabər ölçülü olur, uc çürüməsi xəstəliyinə qarşı dözümlüdür, divarının qalınlığı 6-8 mm, kisələrdə və həmçinin toplu şəkildə daşınıla bilər. Meyvəsi bütün yetişdirilmə müddəti boyunca iri olaraq qalır. Hibrid polietilen örtüklü istixanalarda və açıq sahədə yetişdirilməyə uyğundur. Ivetta F1 Orta ölçülü güclü bitkidir, meyvələri açıq-yaşıldır, tam yetişkənlikdə qırmızı rəngdə olur. İstixana və açıq səhədə yetişdirilməyə uyğundur. Rəqiblərindən daha tünd yaşıl rəngdədir, tez yetişən hibriddir. Stresə dözümlü bitkidir. Sezonun sonunda meyvələri nisbətən xırda ola bilər. Lotta F1 Amaretta F1 26 | Enza Zaden Enza Zaden | 27

Enza Zaden Brochures