Views
7 months ago

Catalogus Azerbaijan 2019

  • Text
  • Tipli
  • Products
  • Yeni
  • Resistance
  • Istixanalarda
  • Polietilen
  • Orta
  • Buyer
  • Zaden
  • Enza

Xiyar Kornişon xiyarlar

Xiyar Kornişon xiyarlar Bjorn F1 Yüksək intensivliklə meyvə formalaşdıran tezyetişən hibriddir. Yan zoğlarının ləng inkişafı ilə fərqlənir, bu da bitkiyə qulluğu asanlaşdırır. Buket tipli çiçəklənən hibriddir, hər yarpaq qoltuğunda 3-4 meyvə əmələ gətirir. Məhsulun başlıca hissəsi əsas gövdədə yetişir, meyvələr bütün uzunluq boyunca eyni irilikdə, vegetasiya müddəti ərzində eyni formada olur. Artıq yetişdikləri zaman formasını itirmir. Meyvələri stabil saxlayır və temperaturun aşağı düşməsi və ya işıqlanma yetərsizliyi şəraitində yaranan təzyiqdən yumurtalıqları atmır. Davamlılığı və daşınmağa dayanıqlılığı bu hibridin ən yaxşı cəhətləri olaraq bilinir. Polietilen örtüklü istixanalarda birinci və ikinci dövriyyədə yetişdirilməsi məsləhət görülür. Cedrik F1 Çox tezyetişən hibriddir. Qısa yan zoğları, və inkişaf etmiş kök sistemi olan balanslaşmış açıq tipli güclü bitkidir. Buğumda 2-4 meyvə formalaşdırır. Meyvələri silindir formalı, həmişə tünd yaşıl, zolaqsız və ya ağ ucluqsuz, uzunluğu 12-14 sm, yığımı gecikdirəndə «boçkayabənzər» olmurlar. Meyvələri son dərəcə uzun müddət saxlanır və gözəl daşınır. Birinci və ikinci dövriyyədə şüşə və polietilen örtüklü istixanalarda becərilmək üçün və həmçinin açıq sahə üçün uyğundur. İsidilən istixanalarda ən erkən əkin üçün yararlıdır. Otameyvəli seyrək tikanlı xiyarlar 20-24 sm (amerika slayseri) Corinto F1 Yüksək məhsuldarlıq potensialı olan yeni tezyetişən hibriddir. Orta intensivliklə yan zoğlar əmələ gətirən açıq tipli güclü bitkidir. Yüksək plastikliyi ilə fərqlənir. İsti şəraitdə əla meyvə formalaşdırır. Silindir formalı, tikanlı, tünd yaşıl meyvələrinin uzunluğu 20-22 sm. Meyvələrinin cəlbedici əmtəəlik görünüşü var, çox yaxşı saxlanılır və asan daşınılır. Ortameyvəli sığallı xiyarlar 22-25 sm Tristan F1 Bütün sezonlarda becərilən etibarlı hibriddir. Svetokulturada və çox erkən qış-yaz dövriyyəsində əla nəticələr göstərir. Nəzərəçarpamayan fasiləsiz meyvə verən generativ tipli güclü bitkidir. Adətən buğumda 22-25 sm uzunluğunda 1-2 meyvə verir. Meyvələri düzdür, yaşıldır, uzun müddət əmtəəlik görünüşünü saxlayır. Unlu şehə, xloroza, nekroza və uc yanığına qarşı davamlıdır. Bütün sezonlarda istənilən tip istixanalarda substratda və torpaqda becərmək üçün tövsiyyə edilir. Cedrik F1 Sigurd F1 Stresə davamlı tezyetişən uzun müddət meyvəverən hibriddir. Balanslaşmış açıq tipli bitkidir. Buğumda 2-3 meyvə formalaşdırır. Meyvələri cəlbedici yaşıl rəngli, iri tikanlı, silindir formalıdır, uzunluğu 12 sm. Əlverişsiz hava şəraitində belə becərildikdə mükəmməl əmtəəlik görünüşünü saxlayır. Uzaq məsafələrə əla daşınır. Birinci və ikinci dövriyyədə şüşə və polietilen örtüklü istixanalarda becərilmək üçün və həmçinin açıq sahə üçün uyğundur. Tumi F1 Fəal yan zoğlar əmələ gətirən yığcam buğumaraları olan güclü bitkidir. Aşağı temperatur şəraitində əla boy atır və inkişaf edir. Mütəmadi meyvə formalaşdırır. Buğumda 1-2 meyvə formalaşdırır. Tünd yaşıl tikanlı meyvələrinin uzunluğu 12 sm. Yüksək məhsuldar və keyfiyyətli meyvələri var. Birinci və ikinci dövriyyədə becərilmək üçündür. Hibrid Davamlılığı Yetişkənliyi Bitkinin habitusu HR IR Kornişon xiyarlar Meyvənin uzunluğu, sm İstehsal növü Tristan F1 Bjorn F1 Ccu CMV/CVYV/Px çox tezyetişən güclü 12-14 Yüksək məhsuldardır. Cedrik F1 Ccu CMV/CVYV/Px çox tezyetişən güclü 12-14 Əla əmtəəlik görünüşü var Qeyd Sigurd F1 Ccu CMV/CVYV/Px tezyetişən güclü 12 Əla əmtəəlik görünüşü var Tumi F1 Ccu CMV/CVYV/Px tezyetişən güclü 12 Uzun müddət meyvə əmələ gətirən stresə davamlı hibriddir. Ortameyvəli seyrək tikanlı xiyarlar 20-24sm (amerika slayseri) Corinto F1 CMV/CVYV/Px tezyetişən güclü 20-22 Yüksək potensialı olan plastik hibriddir. Tumi F1 Ortameyvəli sığallı xiyalar 22 -25 sm Tristan F1 Cca/Ccu Px tezyetişən güclü 22-25 Bütün sezonlarda becərilən etibarlı hibriddir. HR: High Resistance – yüksək dərəcə davamlılığı | IR: Intermediate Resistance – orta dərəcə davamlılığı | Davamlılıq kodunun açıqlamasına 46 səhifədə baxın. Davamlılıq haqqında məlumat www.enzazaden.com. saytında verilib | isidilən şüşə istixana | isidilməyən polietilen örtüklü istixana| açıq sahə. 24 | Enza Zaden Enza Zaden | 25

Enza Zaden Brochures