Views
3 months ago

Catalogus Azerbaijan 2019

  • Text
  • Tipli
  • Products
  • Yeni
  • Resistance
  • Istixanalarda
  • Polietilen
  • Orta
  • Buyer
  • Zaden
  • Enza

Enza Zadenin hibridləri

Enza Zadenin hibridləri Sizin müvəffəqiyyətinizin rəhnidir! Oleg Gladouniak Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Direktor, “Enza Semence Russia”-nın Baş Direktoru Giriş Hörmətli Həmkarlar! 2018-ci ildə özünün 80 illiyini qeyd edən Enza Zaden şirkəti, uzun illərdir tərəvəz məhsulları toxumlarının seleksiyası, istehsalı və satışı sahəsində dünya liderlərindən biri kimi qəbul edilmişdir. 2015 və 2016-cı illərdə Enza Zaden nüfuzlu «Hillenraad 100» nəşrinin Hollandiyanın kənd təsərrüfatı sahəsindəki 100 aparıcı şirkətinin reytinq cədvəlinə başçılıq edib. Bu nüfuzlu mükafat Hollandiyanın kənd təsərrüfatı sahəsində bir növ “Oskar”-ı hesab edilir. 2016-cı il aprelin 7-də Family Business Foundation (Ailə Biznesi Fondu) Hollandiyanın ən yaxşı ailə şirkəti illik mükafatını Enza Zaden-ə təqdim edib. Bu bizens artıq üçüncü nəsildir ki inkişaf edir. 1800-dən çox əməkdaşı olan bu şirkət hal hazırda yüksək ixtisaslı mütəxəssislərə, effektiv texnologiyaya və müasir avadanlıqlara yatırım etməkdə davam edir. Keyfiyyət və innovasiya şirkətin fəaliyyətinin əsas istiqamətidir. Bizim məqsədimiz - sağlamlığa faydalı olan müxtəlif tərəvəzləri istehlakçıya təqdim etməkdir. Biz multilokal yanaşma tətbiq edərək və bizim yerli bazarlardakı müştərilərimizlə sıx əlaqədə olaraq istehlakçıların, istehsalçıların və ticarət şəbəkələrinin tələblərinə maksimum uyğun olan hibrid və sortlar yaratmağa çalışırıq. Bizim məhsulların üstünlüyü və əla keyfiyyəti sayəsində təcihzat zəncirinin bütün iştirakçıları qazanır. Enza Zadenin çeşidi aralarında əsas olaraq pomidor, bibər, xiyar, kahı, soğan, yemişin olduğu 1100-dən çox hibrid və 24-dən çox tərəvəz bitkilərinin sortlarından ibarətdir. Şirkət 43 elmi-tədqiqat məntəqələrinə və ticarət nümayəndəliklərinə, həmçinin 25 ölkədə 3 birgə müəssisəyə sahibdir. Bu gün Enza Zaden dünyada ən sürətlə böyüyən şirkətlərdən biridir. Hər il şirkət öz gəlirinin 30%-ni müasir kənd təsərrüfatı texnologiyalarına və elmi araşdırmalara yatırır. Biz daim hadisələrin mərkəzində olmağa, bazarın tələblərini izləməyə və onun inkişafının istiqamətlərini öncədən görməyə çalışırıq. Yaradıcı yanaşma, təcrübə və bizim seleksiyaçılarımız və elmi-tədqiqat mərkəzlərinin birgə işi, həmçinin müasir texnologiyalardan istifadə, seleksiyada uğur qazanmaq, qısa zaman ərzində yüksək keyfiyyətdə ən yeni sortlar və hibridlər yaratmağa və istehsalçılara təqdim etməyə imkan verir. Biz ən yaxşı keyfiyyətdə toxumlarla təchizatı öz başlıca vəzifəmiz hesab edirik. Bizim müştərilərimizin toxumlara olan təlabatlarını vaxtında təmin etmək üçün dünyanın hər yerində istehsal sahələrini təşkil edirik. Bizim toxum istehsalı şöbəsi toxumların cücərmə qabiliyyətini, sort təmizliyi və xəstəliklərə yoluxmanın yeni test üsullarını daim hazırlayır və tətbiq edir. Müxtəlif ölkələrdə çoxsaylı sınaqlar keçirməklə biz diqqətlə bu və ya digər bazara daha uyğun seleksiya materialını seçirik. Yerli istehsalçılarla sıx əməkdaşlıq etməklə biz bazarın tendensiyalarını nəzərə alırıq, bəzi hallarda isə özümüz gələcək inkişafın vektorunu müəyyən edirik. Nəticədə biz yerli istehsalın şərtlərini və istehlakçıların istəklərini maksimum dərəcədə qarşılayan ən yaxşı hibridlər və sortlar yaradırıq. Açıq sahədə və polietilen örtüklü istixanalarda becərilən Enza Zaden hibridləri və sortları Azərbaycan istehsalçılarına çoxdan məlumdur. “Rally”, “Berberana”, “Agilis” və “Lojain” pomidorlarının, “Picolino” və “Sedrik” xiyarlarının, “Vedrana” və “Shakira” bibərlərinin, “Selesta” turpunun hibridləri haqlı olaraq peşəkarlar tərəfindən yüksək qiymətləndirilib. Məmnuniyyətlə Sizə Azərbaycan bazarı üçün artıq tanış çeşidlərlə yanaşı açıq sahədə və polietilen örtüklü istixanalarda becərilən ən yeni seleksiya nailiyyətlərini yeni kataloqda təqdim edirik. Yeni hibridlər həm Enza Zaden üçün ənənəvi olaraq güclü məhsul qruplarında: irimeyvəli pomidor, kubşəkilli və konusşəkilli növlü şirin bibər, kornişon xiyar, turp, kahı, balqabaq, ədviyyat tamlı bitkilər, həm də yeni tanınmış seleksiya istiqamətlərində çəhrayı rəngli və determinant pomidor, soğan, qabaq, badımcan, gül kələmi, və ispanaq təqdim olunublar. Bu hibridlərin və növlərin çoxu artıq MDB, Şərqi və Qərbi Avropa ölkələrində uğurla becərilir. Enza Zaden komandası 2 | Enza Zaden Enza Zaden | 3

Enza Zaden Brochures