Views
1 year ago

Catalogus Azerbaijan 2019

  • Text
  • Tipli
  • Products
  • Yeni
  • Resistance
  • Istixanalarda
  • Polietilen
  • Orta
  • Buyer
  • Zaden
  • Enza

Pomidor Mini

Pomidor Mini gavalıyabənzər pomidorlar Ardiles F1 Yeni stresədavamlı və yüksək məhsuldar hibriddir. Açıq tipli güclü bitkidir. Gavalıya bənzər gözəl meyvəli eyni ölçülü salxımları var. Meyvələrinin çəkisi 35 qramdır, bərkdir, bərabər dolğun qırmızı rəngə boyanırlar və meyvə saplağında möhkəm dururlar. Uc çürüməsinə davamlıdır. Tək tək və salxımla yığım üçündür. Salxımla yığıldıqda salxımın bütün hissələri daxil olmaqla uzunmüddətli saxlana bilir. İsidilən istixanalarda becərilmək üçün tövsiyyə edilir. Garincha F1 Çox gözəl və şirin dadlı meyvələri olan yeni hibriddir. Uzadılmış buğumaraları olan güclü bitkidir. Erkən meyvə verməyə başlaır. Əla meyvə formalaşdırır və yüksək məhsuldardır. Hər birində 20-24 meyvə olan uzun salxım əmələ gətirir. Meyvəsinin orta çəkisi 12-15 qramdır. Parlaq, dolğun qırmızı, azacıq çıxıntılı (qabırğalı) meyvələrinin əla dadı və iyi var. Meyvələri bərabər rəng alır. Tək tək yığmaq üçündür. Substratda isidilən istixanalarda becərilir. Vespolino F1 Tezyetişən gözəl hibriddir. Uzadılmış buğumaraları olan açıq tipli güclü bitkidir. Aşağı və yüksək temperaturda əla meyvə formalaşdırır. Salxımlar tez dolur və meyvələr bərabər yetişir. Uzunsov gavalıya bənzər parlaq tünd qırmızı meyvələrinin çəkisi 25-30 qr. Salxımları və meyvələri çox düzənlidir. Tək tək və salxımla yığım üçündür. Çatlamağa və uc çürüməsinə davamlıdır. İstənilən növ istixanada becərilmək üçün tövsiyyə edilir. Ardiles F1 Hibrid Davamlılığı Yetişkənliyi Bitkinin habitusu HR IR T Meyvə çəkisi (qr.) İstehsal növü Qeyd Mini- gavalıyabənzər pomidorlar Ardiles F1 ToMV:0-2/Ff:A-E/ Va:0/Vd:0/Fol:0,1/For On/Ma/Mi/Mj Si tezyetişən qüvvəli 35 qr Yeni stresə davamlı və yüksək məhsuldar hibriddir Garincha F1 ToMV:0-2/Fol:0,1 TSWV/Ma/Mi/Mj tezyetişən güclü 12-15 qr Vespolino F1 ToMV:0-2/Fol:0,1 Ma/Mi/Mj Si tezyetişən güclü 25-30 qr Çox məhsuldardır. Meyvələri çox dadlıdır. Yeni hibriddir. Stres şəraitində əla meyvə formalaşdırır. HR: High Resistance – yüksək dərəcə davamlılığı | IR: Intermediate Resistance – orta dərəcə davamlılığı | T: Tolerance – Dözümlülük | Davamlılıq kodunun açıqlamasına 46 səhifədə baxın. Davamlılıq haqqında məlumat www.enzazaden.com. saytında verilib | isidilən şüşə istixana | isidilməyən polietilen örtüklü istixana| açıq sahə. 18 | Enza Zaden Enza Zaden | 19

Enza Zaden Brochures