enzazaden
Views
1 year ago

Catalogus Azerbaijan 2019

  • Text
  • Tipli
  • Products
  • Yeni
  • Resistance
  • Istixanalarda
  • Polietilen
  • Orta
  • Buyer
  • Zaden
  • Enza

Pomidor Çerri

Pomidor Çerri pomidorlar Sakura F1 Yüksək məhsuldar tezyetişən hibriddir. Böyük şaxələnmiş salxımlı, açıq tipli güclü bitkidir. Meyvələri yumru, cəlbedici qırmızı rəngli və bərkdir. Çəkisi 15-20 qr. Dad keyfiyyəti çox yüksəkdir. İşıq çatışmamazlığı və aşağı temperatur şəraitində əla meyvə formalaşdıra bilir. Uzadılmış dövriyyədə zəif işıqlanmada becərmək tövsiyyə edilir. Nectar F1 Orta tezyetişən hibriddir. Yaxşı meyvə formalaşdıran və gözəl salxımılı açıq tipli, güclü bitkidir. Meyvələri yumru, çəkisi 15-20 qr, tünd qırmızı rəngli və bərk olur. Salxımla yığım üçün yararlıdır. Meyvələrinin dad keyfiyyətinə görə ən yaxşı hibridlərdən biridir. İstənilən növ istixanalarda becərilə bilər. Trebus F1 Keyfiyyətli və məhsuldar hibriddir. Xüsusilə isti şəraitdə yaxşı əmələ gələn açıq tipli bitkidir. Gözəl rəngli və bərk meyvələrinin çəkisi 25-30 qramdır. Çatlamağa çox davamlıdır. İsidilən və isidilməyən istixanalar üçün tövsiyyə edilir. Sakura F1 Tomaggio F1 Uzadılmış dövriyyə üçün yeni ümidverici bitkidir. Orta buğumaralı, yarım açıq tipli, güclü bitkidir. Yaxşı formalaşan və düzənli salxım inkişafı olan hibriddir. Balıq sümüyü formada çox bərk salxımları var. Tez yetişən, parıltılı qırmızı, yumru, çəkisi 20-22 qr, əla dadı olan, xırçıldayan şirin meyvələri var. Çox bərkdir, çatlamağa və uc çürüməsinə çox davamlıdır. Marinika F1 Marinika isidilməyən istixanalar üçün əla dadlı və bərk meyvəli çerri pomidordur. Güclü, orta buğumaraları olan, qış boyu yaxşı məhsul verən hibriddir. Hibrid ikiyə ayrılmış geniş salxımlar verir və sərbəst qablaşdırma üçün tövsiyyə edilir. Meyvələri yumru fomada, ortalama 18-20 qram, bərk və yetişəndə gözəl parıltılı qırmızı rəngdə olur. Zorayda F1 İsidilməyən istixanalarda becərilən salxım çerridir. Müxtəlif şəraitlərdə özünü yaxşı göstərir. Yarım açıq tipli, qüvvəli, yaxşı dözümlü və soyuq şəraitdə özünü yaxşı göstərən bitkidir. Meyvəsinin çəkisi 18-20 qramdır və yaşıl hissəsi dolğun yaşıldır. Yaxşı rəngi və salxım görünüşü var. Hibrid Davamlılığı Yetişkənliyi Bitkinin habitusu HR IR T Çerri- pomidorlar Sakura F1 Nectar F1 ToMV:0-2/Ff:A-E/ Fol:0,1 ToMV:0-2/Ff:A-E/ Fol:0,1 Meyvə çəkisi (qr.) Ma/Mi/Mj Si tezyetişən qüvvəli 15-20 qr Si tezyetişən güclü 15-20 qr Trebus F1 ToMV:0-2/Fol:0,1/For tezyetişən güclü 25-30 qr İstehsal növü Qeyd İşıq çatışmamazlığı və aşağı temperatur şəraitində əla meyvə formalaşdırır. Meyvə dadına görə ən yaxşı hibridlərdən biridir. Keyfiyyəti məhsuldarlıqla birləşdirən növdür Tomaggio F1 ToMV:0-2/Va:0/Vd:0/ Fol:0/For On tezyetişən güclü 15-17 qr Yüksək məhsuldar hibriddir. Nectar F1 Marinika F1 ToMV:0-2/Ff:A-E/Aal/ Fol:0,1/For/Pst TYLCV/Ss tezyetişən qüvvəli 18-20 qr Yaxşı formalaşan və stabil məhsuldardır. Zorayda F1 ToMV:0-2/Ff:A-E/Aal/ Fol:0,1 TYLCV/Ss tezyetişən güclü 18-20 qr Sezon boyu özünü stabil yaxşı göstərir. HR: High Resistance – yüksək dərəcə davamlılığı | IR: Intermediate Resistance – orta dərəcə davamlılığı | T: Tolerance – Dözümlülük | Davamlılıq kodunun açıqlamasına 46 səhifədə baxın. Davamlılıq haqqında məlumat www.enzazaden.com. saytında verilib | isidilən şüşə istixana | isidilməyən polietilen örtüklü istixana| açıq sahə. 16 | Enza Zaden Enza Zaden | 17

Copied successfully!

Enza Zaden Brochures