Views
4 years ago

Catalogue Azerbaijan 2019-2020

  • Text
  • Enza
  • Zaden
  • Buyer
  • Orta
  • Polietilen
  • Istixanalarda
  • Resistance
  • Yeni
  • Products
  • Tipli
  • Catalogue
  • Azerbaijan

Brokolli Ağ kələm

Brokolli Ağ kələm Corato F1 Yay və payız becərilməsi üçün orta tezyetişən yeni hibriddir. Vegetasiya müddəti ştilin köçürülmə müddətindən asılı olaraq köçürülmədən sonra 65-75 gündür. Güclü kök sistemi olan yığcam bitkidir. Böyük günbəzəbənzər, tünd yaşıl, orta dənəvər hamaşçiçəyi olan başlığının çəkisi 350-650 qr. Gövdə içiboşluğuna qarşı yaxşı davamlıdır. Uzun müddət əmtəəlik görünüşünü saxlayır. Tər halda realizasiya, emal və dondurma üçündür. Radan F1 Tezyetişən hibriddir. Müxtəlif stress şəratinə davamlıdır. Baş kələm və yarpaq kütləsi yüksək keyfiyyətlidir. Kələm yumru, açıq yaşıl rənglidir. Kök üstündə yaxşı saxlanır (uzun müddət çatlamır). Polietilen örtüklü istixanalarda və açıq sahədə becərmək üçün uyğundur. Yığcam bitkidir. Yetişmə müddəti 55-60 gündür. Tər bazar üçün əla yararlıdır. Xəstəliklərə və zərərvericilərə qarşı davamlıdır (fuzarium, trips, kələm kəpənəyi). Corato F1 Gül kələmi Synergy F1 Stress amillərə qarşı davamlı, qüvvəli məhsuldar hibriddir. Şitil əkildikdən 72-75 gün sonra yetişir. Başlığı ağappaq, bərabər və sıxdır, çəkisi 1,6-2,0 kq. Əla özünü örtmə xüsusiyyəti var. Azca qaldırılmış başlığı məhsul yığımını asanlaşdırır. Yüksək əmtəəlik məhsulu çıxımı ilə fərqlənir. Erkən yaydan başlayaraq gec payıza qədər konveyer üsulu ilə yığılmaq üçün tövsiyyə edilir. Tər məhsul və emal üçündür. Radan F1 Novaria F1 Yüksək temperatura davamlı hibriddir. Ortameyvəli bitkidir, həm yüksək həm də aşağı temperaturları yaxşı keçirir. Ağ rəngli bağlı başlıqlı orta tezyetişən hibriddir (75-80 gün), orta çəkisi 1,7 — 2,3 kq. Əla keyfiyyətli oxşar sıx ağ başlıq formalaşdırır. Yapaqları vertikaləkildə yerləşərək başlığın yaxşı örtülməsini təmin edir. Emal üçün əla uyğundur. Novaria F1 Hibrid Vegetasiya müddəti (gün) Məhsul yığımı Başlığın orta çəkisi, kq özünü qapama xüsusiyyəti Qeyd Synergy F1 72-75 yay- payız 1,6-2,0 kq əla Novaria F1 78-80 yay- payız 1,8-2,0 kq əla Stresə davamlı və yüksək məhsuldar hibriddir. Əla keyfiyyətli başlığı var və isti şəraitdə yüksək məhsuldardır. Davamlılıq haqqında məlumat www.enzazaden.com. 38 | Enza Zaden Enza Zaden | 39

Enza Zaden Brochures