Views
4 years ago

Catalogue Azerbaijan 2019-2020

  • Text
  • Enza
  • Zaden
  • Buyer
  • Orta
  • Polietilen
  • Istixanalarda
  • Resistance
  • Yeni
  • Products
  • Tipli
  • Catalogue
  • Azerbaijan

Pomidor Kokteyl

Pomidor Kokteyl pomidorlar Annamay F1 Yüksək məhsuldar güclü bitkisi olan hibriddir. Yayda isti şəraitdə və həmçinin svetokultura şəraitində əla meyvə formalaşdırır. Yığcam gözəl salxımlarında hər salxımda 8-10 meyvə olur. Meyvələri bərabər, hərtərəfli rəngə dolur və bərkdir. Meyvələrinin orta çəkisi 40 qramdır. Meyvələri meyvə saplağına möhkəm bərkidilmişdir. Əla dadı var. Salxımının yaşıl hissələrinin yaxşı qalması qablaşdırmada cəlbedici əmtəəlik görünüşü verir. Substratda isidilən istixanalarda becərilmək üçündür. Annatefka F1 Yüksək keyfiyyətli ümumi məhsulu olan pomidordur. Balanslaşmış güclü bitkidir, həm zəif həm də güclü işıqda yaxşı inkişaf edir. Kiçik ölçülü kokteyl pomidordur, 35 qr tünd qırmızı və parlaq rəngli, əla yaşıl hissəli və dadlı meyvələri var. Süni işıqlanma şəraitində becərilə bilər və əla nəticə verir. Yüksək temperatura asan dözür. Yastı salxımlarında 10-a qədər meyvə saxlamaq olar. Annatefka F1 Arlinta F1 Yeni hibriddir. Çox qısa buğumaraları olan güclü bitkidir. Eyni ölçülü və yığcam gözəl salxımlar əmələ gətirir. Meyvələri dolğun qırmızı, bərk, parlaq, orta çəkisi 45 qramdır. Əla dadı və əmtəəlik görünüşü var. Substratda isidilən şüşə istixanalarda becərilir. Annaluca F1 Formalı və tez inkişaf edən salxımı olan yeni hibriddir. Dözümlü, güclü və yaxşı əmələ gələn açıq tipli bitkidir. Müntəzəm formalı, tünd qırmızı və parlaq, çox dadlı meyvələr verir. Hər salxımda 8-10 meyvə olur. Orta çəkisi 45qr, çatlamağa davamlı, qızıl ləkəli ləçəkləri olan meyvələri olur. Yaşıl hissəsi qalın olur və yığımdan sonra öz rəngini yaxşı saxlayır. İsidilən istixanalarda uzadılmış dövriyyədə becərmək üçün tövsiyyə edilir. Temptation F1 Kokteyl pomidor Temptation özünün əla dadı, yaxşı möhkəmliyi və klassik salxım formasına görə məşhurdur. Çox güclü bitkidir. Düzənli salxımlarının hər birində orta çəkisi 60-70 qram olan təxmini səkkiz meyvə olur. Bu hibrid həm tək tək həm də salxımla yığıla bilər və isidilən və isidilməyən istixanalarda becərilir. Gözəl parıltılı əla dadlı meyvələri var. Hibrid Davamlılığı Yetişkənliyi Bitkinin habitusu HR IR T Kokteyl pomidorlar Annamay F1 ToMV:0-2/Ff:A-E/ Va:0/Vd:0/Fol:0,1 Meyvə çəkisi (qr.) İstehsal növü On Si tezyetişən güclü 40 qr Tezyetişən hibriddir. Qeyd Annatefka F1 ToMV:0-2/Ff:A-E/ Va:0/Vd:0/Fol:0,1/For On/Ma/Mi/Mj Si tezyetişən güclü 35 qr Zəif işıqlanma dövrlərində yaxşı formalaşır. Annaluca F1 ToMV:0-2/ToANV/ Va:0/Vd:0/Fol:0,1 On Si tezyetişən güclü 40-45 qr Çox düzənli salxımı və meyvələri olur. Temptation F1 Arlinta F1 ToMV:0-2/Ff:A-E/ Va:0/Vd:0/Fol:0,1/For On/Ma/Mi/Mj Si tezyetişən güclü 45 qr Uzadılmış dövriyyədə polietilen örtüklü istixanada asan yetişdirilən güclü. Temptation F1 ToMV:0-2/Ff:A-E/ Va:0/Vd:0/Fol:0,1/For Si tezyetişən güclü 60-70 qr Əla meyvə formalaşdırır. HR: High Resistance – yüksək dərəcə davamlılığı | IR: Intermediate Resistance – orta dərəcə davamlılığı | T: Tolerance – Dözümlülük | Davamlılıq kodunun açıqlamasına 46 səhifədə baxın. Davamlılıq haqqında məlumat www.enzazaden.com. saytında verilib | isidilən şüşə istixana | isidilməyən polietilen örtüklü istixana| açıq sahə. 14 | Enza Zaden Enza Zaden | 15

Enza Zaden Brochures