Views
1 year ago

Catalogus Azerbaijan 2019

  • Text
  • Tipli
  • Products
  • Yeni
  • Resistance
  • Istixanalarda
  • Polietilen
  • Orta
  • Buyer
  • Zaden
  • Enza

Mündəricat Giriş 3

Mündəricat Giriş 3 Mündəricat 4 Vitalis – orqanik əkinçilik üçün toxumlar 5 Pomidor 7 Xiyar 23 Bibər 27 Soğan 33 Badımcan 34 Qabaq 35 Yemiş 36 Qarpız 37 Brokkoli 38 Gül kələmi 39 Qırmızı turp 40 Boranı 41 Kahı 42 Göyərtilər 45 Saxtakarlıqdan qorunun 46 Davamlılıq 46 General Terms and Conditions of Sale (Enza Zaden’s ref. no. EX08) 48 1994-2019 Vitalis – orqanik əkinçilik üçün toxumlar Organik istehsal dünyanın ən sürətli inkişaf edən trendlərindən biridir. Son 16 il ərzində orqanik istehsal üçün ərazilərin sahəsi 4 dəfə artmış, dördə üçündən çoxu inkişaf edən ölkələrdə yerləşən 2 milyondan cox organik istehsalçıya isə sertifikat verilmişdir. Orqanik kənd təsərrüfatının aktiv inkişafı tendesiyası dünyanın 170-dən çox ölkəsində aktualdır və orqanik istehsala dünya bazarlarında tələbatın artması ilə bağlı olaraq bu rəqəm hər il artır. Azərbaycanda orqanik tərəvəzçiliyin inkişafı formalaşma mərhələsindədir yerləşir. Hal-hazırda qanunvericilik bazası movcuddur, sertifikatlaşdırma prosesi gedir və beynəlxalq standartlara uyğun sertifikatlı təqribən 30-a yaxın istehsalçı var. Hazırda bu istehsal hər şeydən öncə əsasən ixraca istiqamətlənmişdir, lazımi şərtlərin təmin edildiyi təqdirdə isə Azərbaycanın daxili bazarı üçün də istehsalı mümkün olacaqdır. Orqanik tərəvəz məhsullarının yetişdirilməsi üçün orqanik toxumlardan istifadə vacibdir. Enza Zaden müştərilərinə orqanik əkinçilik yolu ilə toxumlarının yetişdirildiyi müəyyən sort və hibridlərinin çeşidlərini təklif edir. Bu toxumların istehsalçısı isə Hollandiyanın Vorst şəhərində yerləşən “Vitalis Biologische Zaden BV”-Enza Zadenin ixtisaslaşmış müəssisəsidir. Orqanik əkinçilik yolu ilə tərəvəzlərin yetişdirilməsi fikri bizim üçün elə ən başından ənənəvi tərəvəzçilikdə tətbiq edilən metod və texnologiyalardan istifadə ilə əlaqələnirdi. Bizim ixtisaslaşmış müəssisəmiz ən müasir istehsal texnologiyaları və keyfiyyət standartlarından istifadə edərək orqanik əkinçiliyin təməl prinsipləri olan bioloji müxtəlifliyin qorunması, ekoloji cəhətdən zərərsiz və ekoloji təmizlik prinsiplərinə əsaslanaraq fəaliyyət göstərir. Nəticədə biz seleksiya və istehsalda inqilabi həll yolları tapmışıq, bu da öz növbəsində yüksək keyfiyyətli toxumların əldə edilməsinə gətirib çıxarmışdır, bu toxumlardan isə ekoloji təmiz, dadlı və sağlamlıq üçün xeyirli müstəsna keyfiyyətdə tərəvəz yetişdirmək mümkündür. Hal hazırda Vitalis şirkəti orqanik əkinçilik üçün toxum istehsalı və satışında dünya lideridir. Vitalis 1994-cü ildə yaradılmışdır, 1998-ci ildə isə Enza Zadenin tərkibinə daxil olmuş və Enza şirkətlər qrupunun daxilində müstəqil şirkət kimi fəaliyyət göstərmişdir. Vitalis şirkətinin başlıca vəzifəsi orqanik tərəvəzçilik üçün vacib əlamətlərə malik yüksək keyfiyyətli sertifikatlaşdırılmış toxumlar istehsal etməkdir. Bu məqsədlə Vitalis şirkəti müxtəlif növ tərəvəz toxumlarının çeşidlərinin seleksiyası və seçilməsinə böyük diqqət ayırmışdır. Şirkətdə istehsal edilən toxumların xüsusi olaraq orqanik tərəvəzçilik üçün yararlılığı test edilir və ciddi kriteriyalara cavab verən toxumlar bizim ticari çeşidlərimizin arasına əlavə edilir. Beləliklə, Vitalis şirkəti Sizlərə, bizim tərəfdaşlarımıza xüsusi olaraq orqanik tərəvəzçilik üçün seçilmiş geniş toxum seçimi təqdim edir. Beynəlxalq distribyutor şəbəkəsinin inkişafı və Enza Zaden şirkətinin ixrac sistemindən istifadə edərək, biz Yer kürəsinin hər bir nöqtəsində ixtisaslaşmış orqanik tərəvəz istehsalçılarını toxumlarla təchiz edirik. Bizim orqanik toxum çeşidlərimiz, həmçinin istehsalımızın beynəlxalq sertifikatları haqqında ətraflı məlumatı eu.biovitalis.eu saytından əldə edə bilərsiniz. 4 | Enza Zaden Enza Zaden | 5

Enza Zaden Brochures